Xəbər verdiyimiz kimi, “Yuventus”un və Portuqaliya milli komandasınln oyunçusu Kriştiano Ronaldo bir modelə təcavüz etməkdə günahlandırılırdı. Artıq futbolçunun bu məsələsi ilə bağlı aparılan araşdırmalar başa çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra ABŞ məhkəməsi təcavüzlə bağlı əsaslı sübutların olmadığını bildirib və futbolçunu heç bir məsuliyyətə cəlb etməyib.
Bir müddət əvvəl model Ketrin Mayorq 2009-cu ildə futbolçunun ona təcavüz etdiyini və bu barədə susması üçün 375 min avro ödədiyini iddia etmişdi.