Ötən gün (23 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.
Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.
"Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb", - deyə məlumatda qeyd olunub.