Xəbər verdiyimiz kimi, Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) 4-cü oyun günündə cüdoçular mübarizəyə qoşulub. Cüdoçumuz Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala yüksəlib.
Unikal.org-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Muhammed Demireli məğlub edib. Şükran Zamanlı (55kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda dueldə Ukrayna təmsilçisi Vladislav Kolobova rəqib olub.
Gülşən Bəşirova (44 kq) üçüncü yer uğrunda görüşdə hollandiyalı Joşlin Supusepa ilə münasibətlərinə aydınlıq gətirəcək.