Qoşulmama Hərəkatına (QH) hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclası keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib. İclas zamanı gündəlikdə yer alan digər məsələlər ilə yanaşı, QH-nin 21-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək 18-ci Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib.
Tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub.
QH Nazirlər Şurasının Yekun Sənədində Azərbaycan Respublikasının mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Burada, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi Nazirlər tərəfindən təsdiqlənir. Həmçinin sözügedən bənddə QH Nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək, tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.
2012-ci ildən etibarən QH-nin qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.
Beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
![Beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir](/photos/unikal/1564078964.modern.az_qoshulmama_383.jpg)
22:19 25-07-2019
SİYASƏT
Digər Xəbərlər
2024-07-31 21:24:50
![Avropalı diplomat Azərbaycana başsağlığıVERDİ Avropalı diplomat Azərbaycana başsağlığıVERDİ](/photos/unikal/1722446648.1722444503_resize-15 (1).jpeg)
2024-07-31 20:16:28
![BMT nümayəndəsi COP29-a hazırlıq işləri barədəməlumatlandırıldı BMT nümayəndəsi COP29-a hazırlıq işləri barədəməlumatlandırıldı](/photos/unikal/1722442640.17224418173706918956_1200x630.jpg)
2024-07-31 19:25:09
![ABŞ səfirliyindən Azərbaycan hərbçilərinin ölümü ilə bağlıBAŞSAĞLIĞI ABŞ səfirliyindən Azərbaycan hərbçilərinin ölümü ilə bağlıBAŞSAĞLIĞI](/photos/unikal/1722439665.absh_sefirlik.jpg)
2024-07-31 17:11:14
![Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq](/photos/unikal/1722431592_359.png)
2024-07-31 11:42:11
![Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində -FOTOLAR Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində -FOTOLAR](/photos/unikal/1722411915.66a9eb2b0cdd366a9eb2b0cdd4172241181966a9eb2b0cdd166a9eb2b0cdd2.jpg)
2024-07-31 10:36:39
![İlham Əliyev Məsud Pezeşkianı COP29-adəvət edib İlham Əliyev Məsud Pezeşkianı COP29-adəvət edib](/photos/unikal/1722407975.1719397980_mg_0398.png)
2024-07-31 10:30:08
![Əli Əsədov İran Prezidenti ilə görüşdü -FOTO Əli Əsədov İran Prezidenti ilə görüşdü -FOTO](/photos/unikal/1722407588.17793aa4-c3b9-37c5-b1a0-fc0653b8838b_850.jpg)
2024-07-30 23:09:50
![Elçin Əmirbəyov sülh sazişi qarşısında duran əsas maneədəndanışdı Elçin Əmirbəyov sülh sazişi qarşısında duran əsas maneədəndanışdı](/photos/unikal/1722366693.17223655061598617904_1200x630.jpg)
2024-07-30 21:04:37
![Mərakeş uğurlu COP29-u səbirsizliklə gözləyir -Səfir Mərakeş uğurlu COP29-u səbirsizliklə gözləyir -Səfir](/photos/unikal/1722359178.1722357007_17223564751617854112_1200x630.jpg)
2024-07-30 18:19:09
![Əli Əsədovla Hakan Fidanın səmimi görüşü -VİDEO Əli Əsədovla Hakan Fidanın səmimi görüşü -VİDEO](/photos/unikal/1722349235.d9b7b596-0900-37db-8ebe-bb8b3d7f6195_850 (1).jpg)
2024-07-30 13:35:23
![Əli Əsədov İranagetdi Əli Əsədov İranagetdi](/photos/unikal/1722332329.66a8b399a11cc66a8b399a11cd172233205766a8b399a11ca66a8b399a11cb.jpg)
2024-07-30 11:20:34
![Prezident Mərakeş Kralını təbrik edib Prezident Mərakeş Kralını təbrik edib](/photos/unikal/1722324336.b7a388c5-a0cc-324c-812f-efce084474ec_850.jpg)
2024-07-29 22:53:28
![“The National News” Azərbaycanın COP29-a hazırlığındanYAZDI “The National News” Azərbaycanın COP29-a hazırlığındanYAZDI](/photos/unikal/1722279100.1722274882595745731_1200x630.jpeg)
2024-07-29 22:17:20
!["Əhsən! Əhsən! Əhsən, Hidayət!"- Mehriban Əliyeva "Əhsən! Əhsən! Əhsən, Hidayət!"- Mehriban Əliyeva](/photos/unikal/1722277362.WhatsApp Image 2024-07-29 at 22.21.51.jpeg)
2024-07-29 21:49:56
![Prezidentlə xanımı Hidayət Heydərovazəng etdilər Prezidentlə xanımı Hidayət Heydərovazəng etdilər](/photos/unikal/1722275869.ilhameliyev_438.jpg)
2024-07-29 19:54:00
![Ceyhun Bayramov BMT rəsmisi iləgörüşdü Ceyhun Bayramov BMT rəsmisi iləgörüşdü](/photos/unikal/1722268564.64f2d811ad00e.jpg)
2024-07-29 19:05:15
![COP29-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək -Markos Neto COP29-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək -Markos Neto](/photos/unikal/1722265641.Marcos_Neto.jpg)