Bu gün səhər saatlarında Bakıda Buzovna qəsəbəsi bazarının qabağında ağır yol qəzası baş verib.

Unikal.org big.az-a istinadən bildirir ki, yolu keçmək istəyən qadın ağır yaralanıb. Hadisə yerinə 23 dəqiqə sonra təcili yardım avtomobili gəlib: 

"Hər həftə, bir həftədən bir bu yolda bir ölü var. Bura artıq bazar yolu yox, ölüm yoludur. Bezmişik, vallah. Hər dəfə biri ölür, nə bu yola bir keçid qoyurlar, nə də ki, işıqfor. Bu qədər ölən, şikəst qalanların ahı nə olacaq? İki ay bundan əvvəl bir qadın öldü, xəbər mətbuatda dərc olundu deyə, gəlib yalandan bu dəmirləri bitişdirdilər. Nə faydası var? Onsuz da camaat bu dəmirin üstündən aşıb, keçir yolu. Ondansa gəlin problemi həll edin. Bax indi bu qadın yolu keçirdi, maşın vurdu onu ... Hadisə yerinə qardaşı gəlib, avtomobil sürücüsünü vurur. Polis də sakitləşdirir aranı... Aparacaqlar xəstəxanaya, vəssalam, olan avtomobil sürücüsünə və yolda ölənlərə olur. Yenə də köhnə hamam, köhnə tas". 

Qeyd edək ki, Buzovna qəsəbəsi, "Rahat" marketin yanı tərəfdə yolu keçmək istəyənlər hər gün eyni problemlə qarşılaşırlar, di gəl ki, problemləri həll olunmur ki, olunmur.