İranda edam cəzasına məhkum olunan insanla evlənmək üçün gənc qadın həbsxana rəhbərliyinə müraciət edib. Müraciətə müsbət cavab gəldiyi üçün gənc qadın edam cəzası çıxarılmış məhkumla həbsxanada evlənib. 
 
Soyadı açıqlanmayan Nilüfer adlı gənc qadın (28), 2009-ci ildə qardaşı oğlunu öldürdüyünə görə edam cəzasına məhkum olunmuş P. (27) adlı şəxslə nigah mərasimi təşkil edilib. Evlənmə mərasimi, Kərəc şəhərindəki Rəcayi Şehr həbsxanasında reallaşıb. 

"Müdafiə edəcək kimsəsi olmadığı üçün evləndim"

Nilüfer, Aprel ayında İranda qardaşıyla eyni kamerada qalan edam məhkumunu qurtarmaq üçün məhkumla evlənmək tələbini Tehran Ceza Məhkəməsindən istəyib.
 
 
O bunu belə şərh edib: "Qardaşım Tehran ətrafındakı həbsxanalarda birində yatır. Həbsxanada qardaşımla 2009-ci ildə qardaşı oğlunu öldürmüş bir gənc var. O, bir cüt ayaqqabı üçün qardaşı oğlunu öldürüb. İndi çox peşman olub. Onun bu vəziyyətini eşidində çox kövrəldim. Onu edam cəzasından azad etdirmək üçün qardaşımın razılığı ilə  evlənməyə qərar verdim".