Tovuzda iki uşaq anası itkin düşüb.
 
Unikal.org apa-ya istinadən məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1989-cu il təvəllüdlü Aytəkin Quliyeva bir həftə öncə evdən çıxıb və geri qayıtmayıb.
 
Ailə üzvlərinin axtarışları nəticə verməyib. A. Quliyevanın itkin düşməsi barədə Tovuz rayon Polis Şöbəsi də məlumatlandırılıb.
 
Qeyd edək ki, itkin düşən qadın 6 il öncə rayonun Əlimərdanlı kəndindən Aşağı Quşçu kəndinə gəlin köçüb. Onun iki azyaşlı övladı var.
 
A. Quliyevanın atası qızını görənlərdən 051 764-24-64 nömrəsinə zəng vurub məlumat vermələrini xahiş edir.