Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 iyun 2016-cı il tarixində Gəncə şəhərində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
FHN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gəncə Regional Mərkəzində (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi 110) 23 iyun 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.