"Lukoyl" şirkətinin Sinqapurdakı filialının top-meneceri, 55 yaşlı Valentin İvanov 18 yaşlı fotomodel Liza Adamenko ilə Fransada ailə qurub.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, toy mərasimi Niçça şəhərinin yaxınlığında yerləşən "Chateau Saint Jeannet" otelində baş tutub.
Adamenko "Vera Wang" nrendindən gəlinlik geyinib. Toyu isə musiqiçilər Riya Dakota və Vlad Sakolovski idarə edib.
Qeyd olunur ki, cütlük artıq bir neçə ildir ki, görüşür.