Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, qəza Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektinin kəsişməsində (Olimpiya stadionunun yanı) qeydə alınıb.

Məlumata görə, hazırda qəza baş verən istiqamətdə sıxlıq müşahidə olunur.