Şəkidə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.
Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.