Müğənni Rəvan Qarayev sabiq həyat yoldaşı Günayla bağlı "Hər şey daxil"də açıqlamalar edib.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, Rəvan keçmiş arvadı barədə ilk dəfə danışacağını diqqətə çatdırıb.
Müğənni Günayı daha sevmədiyini də efir vasitəsi ilə etiraf edib:
"Mən ümumiyyətlə heç vaxt onun haqqında heç nə danışmamışam. Bu gün qısa da olsa açıqlama verəcəm.
Məni onunla atam zorla evləndirməmişdi. El adəti ilə elçi getmişik. Allah onu da xoşbəxt eləsin. Ən azından uşağımın anasıdır. Artıq sevmirəm onu. Məndə daha ona qarşı heç bir şey yoxdur".
Elşad Qarayev keçmiş gəlini ilə aralarında baş verən qalmaqala belə son qoyub:
"Polisə verəcəm desəm də vermədim. Oldu bitdi! Deyir, hisrli başda ağıl olmaz. İndi o da hirslənib elə deyib. Amma, yenə hər şey öz qaydasındadır".
Xatırladaq ki, Günay həftələr öncə sözügedən proqrama zəng edərək "Rəvanla beş il evli olmuşuq. Ondan boşananda heç bir şey tələb etməmişəm. Dövlət qızım Xalidəyə görə 200 manat aliment kəsib. Ona sual verirəm ki, gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim?" demişdi. Qarşı tərəfdən Elşad Qarayev keçmiş gəlinin ittihamına "Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakl tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm" cavabını vermişdi.
Günayın arqumenti Elşad Qarayevi daha çox qınaq obyektinə çevirmişdi:
"Elşad Qarayev həmişə bizim ailəmizə qarışıb. Deyir, əlimdə səs yazıları var. Ər-arvadın söhbətinin səs yazısı səndə nə gəzir? Təhqir ediblər, təhqir eşidiblər. Bəs məndə olan səs yazılarana nə deyir? Rəvanla danışanda gəlib qapının arxasında bizə qulaq asırdı. Sonra da qəfil qapını açırdı, icazəsiz içəri daxil olurdu ki, eşitdim siz dalaşırsız".
Mənə təhqiredici sözlər işlədir, deyirdi ki, götür, uşağını da atanın xarabasına get. Evli olduğumuz halda belə Elşad Qarayev məni dəfələrlə evdən qovub. Mənə hücum edib, vurmaq istəyib. Rəvan araya girib, imkan verməyib. Evin açarını dəyişib, məni küçədə saxlayıb.
Rəvan gəlib məni götürmək istəyəndə isə onu incidirdi. Axırda ailəmi dağıtdılar. Rəvan qızına, mənə heç nə ala bilmirdi, gizlin edirdi hər şeyi. Qorxumuzdan harasa gəzməyə gedəndə, gecə 12-dən sonra gizlin çıxırdıq evdən. Deyirdik, evə zəng edib, bilməsinlər. Rəvan bu qədər təzyiqlərə baxmayaraq, mənə də, qızımıza da yaxşı baxıb. Bir ata-ana niyə övladının ailəsinə yaxşı baxmasını qısqanmalıdır?".
Bu qalmaqal günlərlə maqazin mediasının gündəmini zəbt etmişdi.
Qeyd edək ki, cütlüyün 10 yaşında Xalidə adlı bir qız övladı var.