Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər veirr ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Aşağı Göycəli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Səbuhi Babayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Qazax istiqamətində hərəkər edərkən idarə etmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı  sürücü və sərnişin Füzuli Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır olaq qalır.

Faktla  bağlı araşdırma aparılır.