“Instagram”da 300 mindən çox izləyicisi olan Argentinalı fenomen Tupi Saravia son paylaşımından sonra ona lağ ediblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bəzi paylaşımlarındaki buludların bir-birlərinə çox oxşadığını görən izləyicilər gənc sosial şəbəkə fenomeninin insanları aldatdığını iddia ediblər.
Məsələ sosial şəbəkədə gündəm olduğu üçün Saravia açıqlama vermək məcburiyyətində qalıb.
O səmanın həddindən artıq parladığı fotolara “Quickshot” proqramı ilə müdaxilə etdiyini etiraf edib. Bu proqram vasitəsi ilə fotolara müxtəlif bulud formaları yerləşdirmək olur.