Məşhur şairə bəzi tanınmış şəxslərin təxəllüs olaraq bölgənin adını götürməsinə qarşı çıxıb.
Unikal.org xəbər verir ki, şairə Nazilə Səfərli bölgə adlarını təxəllüs götürən məşhurlara diqqətli olmağı tövsiyyə edib:
"Bu mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil...
Hər bir yazar, şair, aşıq, xanəndə ,mügənni, yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər,kənd,mahal və.s) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir. Ümumiyyətlə təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o məkanın qeyrətli oğullarından icazə alınmalıdır. Özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb tuman-paça video paylaşa bilməzsən ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən!
Əlinə saz alıb saunada, hovuzda sərxoş kişilərə saz çala bilməzsən ay aşıq!
Əlinə tar-kaman alıb hamam qonaqlığında göbəyinə fitə bağlayıb, otura bilməzsən ay tarizən, ay xanəndə! Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzən, adını jurnalist qoyub dilənçiliklə, şantajla pul qazana bilməzsən!
İstədiyini geyinə bilməzsən, ağlına gələn vaxt soyuna bilməzsən! heç nimdaş da gəzə bilməsən! Sərbəst olmaq istəyirsənsə təxəllüsün quş olsun, sərxoş olsun eyş olsun, amma ,,El” olmasın!!!
Eldən ayıbdır, elə yazıqdır! Səndən öncə bu yurda daş qoyub, ev yapan kişilər sənin təxəllüsünə görə utanmamalı!!!"