Məşhur aktrisa Anceline Colinin "Youtube"dəki rəsmi hesabı bağlanıb.
Unikal.org xəbər verir ki, səhifə bir neçə gün bundan əvvəl açılmışdı və artıq 4000-dən artıq izləyicisi vardı. Lakin hazırda səhifə aktiv deyil. İzləyicilər kanalın səhifəsinə daxil olarkən bu cümlə ilə qarılaşırlar:
"Bu hesabın fəaliyyətinə "YouTube"un təqlid edilməmə siyasətini pozduğu üçün xitam verilib".
Qeyd edək ki, hesabın nə zaman bərpa ediləcəyi məlum deyil.