Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Yunis Ələsgərov  Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub. O, bu təyinata qədər həmin bölmənin rəis müavini olub.

Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.

Famil Fərhadoğlu