Müğənni Britni Spirsin həyatında son günlər baş verən pis hadisələr bitib-tükənmir.
Unikal.org xəbər verir ki, ifaçı əvvəlcə hakimin övladları üstündəki haqqına görə, onunla bağlı qərarını öyrənib.
Uşaqlarının ondan uzaqlaşdırılması qərarı Britni üçün gözlənilməz olub. Artıq Spirs övladları ilə əvvəlki kimi yarım gün belə keçirə bilməyəcək. O, uşaqlarını bir neçə saatlıq görəcək.
13 yaşlı Şon və 12 yaşlı Ceyden ataları Kevin Federlaynla yaşayacaqlar. Buna səbəb isə Spirsin psixoloji problemlərinin təsdiqlənməsidir.
Məhkəmənin şokunu yaşayan müğənniyə digər zərbə atası tərəfindən gəlib. Uşaqlar babalarının onları döydüyünü iddia ediblər. Ceym Spirs Şonla dava edib, onu vurub. Qorxudan oğlan otaqda gizlənib, qapını bağlayıb. Spirsin atası isə qapını sındıraraq, içəri girməyə çalışıb.
Müğənni məhkəməyə müraciət edərək, atasının övladlarına yaxınlaşmasına qadağa qoydurub.