"Aşk Tesadüfleri Sever 2" filminin çəklişlərinin itməsi ilə heyət qonaqlıq təşkil edib.
Unikal.org xəbər verir ki, Zuhal Olcay filmin başrol ifaçısı Nesrin Cavadzadənin 2 saat gecikməsinə əsəbləşib və məkanı tez tərk edib.
Bildirilir ki, mətbuat konfransı ilə başlamalı olan qonaqlıq azərbaycanlı aktrisanın gecikməsinə görə 2 saat gec başlayıb. Zuhal Olcay da reaksiyasını mətbuat konfransını tərk edərək göstərib.
Zuhal Olcayı məkandan çıxarkən görən filmin ssenaristi İpek Sorak Olcaydan geri qayıdıb jurnalistlərin bir neçə suallarını cavablamağını istəyib. Sorakın xahişini geri çevirməyən məşhur aktrisa qonaqlığa qayıdaraq jurnalsitlərlə 3 dəqiqəlik söhbət edib. O müsahibə verdikdədn sonra yenidən məkanı tərk edib.