Azərbaycanlı müğənni Dəniz Firudinli 2-ci həyat yoldaşı, dünya çempionu Samir Kazımovdan ayrılıb.
Unikal.org Lent.az -a istinadən xəbər verir ki, hər iki tərəf sosial şəbəkədə birlikdə olduqları şəkilləri siliblər. Cütlük boşanmalarını mediadan gizli saxlamaq istəsə də, onların bu istəkləri baş tutmayıb.
Müğənni boşanma xəbərini təkzib etdi: “Yox, boşanmamışıq. Bunu kim çıxarıb? Mənim daşım ağırdır, düşüb bəzilərinin başına. Həyat yoldaşım dindardır, namaz qılır. Bir-birimizdən xahiş etdik ki, şəkillərimizi silək. İnsan insanı sosial şəbəkədə izləməyəndə boşanır? Hər şey kağız üzərində qurulsaydı, nə var idi ki...”
İfaçı ilə evli olmuş S.Kazımov isə sosial şəbəkədə ayrılıqdan xəbər verən status yazıb: “Yarınızı düzgün seçin. Hər kəsin ki, yarı yanında olar, qəm dünyasından daim uzaq olar”.
Xatırladaq ki, cütlüyün toyu 2017-ci il martın 23-də paytaxt restoranlarının birində olmuşdu. Samir Kazımov kiqboksinq idman növü üzrə dəfələrlə dünya çempionu olub və bu idman növünün K-1 versiyası üzrə Avropa çempionudur.
Qeyd edək ki, Dənizin hər iki evliliyindən bir övladı var.