Müğənni Emre Kaya müqavilə bağladığı təşkilatçıya fırıldaq gəlib.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, sənətçi aldığı 70 min lirəni geri qaytarmayıb. Təşkilatçı Hasan Özdemir Kayanın meneceri ilə görüşüb, ifaçının səhnə təşkilatçısı olmağı qəbul edib.
İstanbul Şişlidə olan bir məkanda gerçəkləşən görüşdə tərəflər müqavilə imzalayıb. Özdemir ilk görüşdən sonra müğənninin meneceri Gizem Sazcıya 30 min lirə verib. Amma Sazcı müqavilənin imzalanmış formasını Özdemirə geri göndərməyib.
Sonra Özdemir ona pulun hamısını verdikdən sonra müqaviləni göndərəcəyini deyən menecerə 70 mini bütöv ödəyib. Amma təşkilatçı ondan sonra nə müğənnini, nə də menecerini tapa bilməyib. O, məhkəməyə müraciət edib və 79 min lirə istəyib. Müğənni ilə bağlı məhkəmə araşdırma aparmağa başlayıb.