"Çocuklar Duymasın" serialındakı rolu ilə məşhurlaşan ssenarist və aktyor Müfit Can Saçıntının atası Muhittin Saçıntı infarkt nəticəsində dünyasını dəyişib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 74 yaşlı təqaüddə olan zabit Muhittin Saçıntı gəzmək üçün gəldiyi məmləkəti Sunqurlu mahalında ürək tutmasından dünyasını dəyişib.
Təcili yardım səhiyyə işçiləri onun dayana ürəyini yenidən atmasına müvəffəq olublar və aktyorun atası xəstəxanaya aparılıb.
Ancaq xəstəxanada yenidən ürəyi dayanan keçmiş zabiti həyatını xilas etmək mümkün olmayıb. Atası hələ xəstəxanada olarkən jurnalistlərin suallarını cavablandıran MüfitCanın sözləri hər kəsi duyğulandırıb:
"Atam kəndini çox sevir. Hər il doğulub böyüdüyü kəndinə gəlir, gedər. Bu il də o çox sevdiyi kəndinə gəldi. Kənddə infarkt keçirdi, ürəyi dayandı, onu xəstəxanaya apardılar. İndi tənəffüs cihazına bağlı yaşayır. Biz də ümidlə gözləyirik. Bu vəsiləylə mən də bir şey söyləmək istəyirəm. Bizim cəmiyyətimiz xüsusilə kişilər, atalarını sevsələr də atalarını sevdiklərini çox ifadə edə bilmirlər. Atalar övladlarını çox sevirlər və çox şey ifadə edə bilmirlər. Mənim atam da hər nə qədər sevgi dolu bir insan olsa da biz də bunu ona asan asan ifadə edə bilmirik. Bunu ifadə etmək üçün onu nə qədər sevdiyimi bildirmək üçün iki film çəkdim. Lütfən, vaxt varkən atalarını sevdiklərini söyləməyə çəkinməsinlər".