Ötən avqust ayında 5 illik həyat yoldaşı Sərdar Ortaçdan boşanan Chloe Loughnan "Instagram"da etdiyi paylaşımla gündəmə gəlib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, tətil üçün Dubayı seçən irlandiyalı model çimərlik geyimində paylaşdığı fotosunun altına "Mənim xoşbəxt yerim" yazıb. Son günlərdə cəsarətli pozlar verərək şəkillərini paylaşan model izləyicilərini heyran edib.
2014-cü ildə ailə həyatı qurduğu Sərdar Ortaçdan boşandıqdan sonra "Sevərək evləndik, sevərək ayrıldıq" açıqlaması ilə gündəm olan Loughnan hal-hazırda İrlandiyadakı yeni həyatına uyğunlaşmağa çalışır.