Müğənni Talıb Talenin keçmiş sevgilisi "Ay Zaur" verilişinə açıqlama verib.
Unikal.org xəbər verir ki, sözügedən video aylar əvvəl ıentə alınsa da, sosial şəbəkədə indi yayılıb. Xanım Talıbın onu aldatdığını, ailə qurmadığını vurğulayıb:
"Talıbla iki il sevgili olduq. O məni, mən onu çox sevirdik. Ailəmiz də münasibətimizi bilirdi, çünki ciddi fikirləşirik. Bir gün ona elçi göndərməsini dedim. Qayıtdı ki, evlənmək istəmirəm, karyera quracam. Artıq müğənnilik karyerasına başlayırdı. Özü bunu bilmir, pis depressiyaya düşdüm, ətrafda hamı bildi. Həm özümü pis hiss edirdim ki, məni aldatdı, almadı.
Sonra eşitdim ki, başqasıyla nişanlanıb. Məni çox sevdiyini deyirdi, mənə qarşı etdiyini başa düşmədim. Yenə də xoşbəxt olsun, nə deyim".
Xanımı tanıdığını inkar edən Talıb "Sevdiyim qız olub, amma heç vaxt deməmişəm "sevirəm". Bu qızı tanımıram. İki il birlikdə olmağımız isə heç vaxt mümkün deyil" cavabını verib.
Qeyd edək ki, talıb bir il bundan əvvəl başqa xanımla nişanlanıb.