Müğənni Afət Fərmanqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində maraqlı açıqlamalar edib.
Unikal.org "Ölkə.Az"a istinadla xəbər verir ki, sənətçi anasının son illərə qədər onu döydüyünü etiraf edib.
"Uzun illər Ağadadaş Ağayevlə birlikdə məclislərə getmişəm. Hamı bilir ki, onun apardığı məclislər gecə 1-2-də bitir. Bir dəfə toydan evə gələndə anam soruşdu ki, niyə başqa müğənnilərlə gedəndə evə tez gəlirsən, amma Ağadadaş Ağayevlə məclislərdən gecə ikidə qayıdırsan? Bunu deyəndən sonra məni nar çubuğuyla döyməyə başladı. Sonra vəziyyəti Ağadadaş müəllimə izah etdim və o, məni saat 11-də məclisdən evə buraxdı. Rəhmətlik anam son illərə qədər məni tənbeh edir, hətta döyürdü".
Qeyd edək ki, A.Fərmanqızı bu yaxınlarda ailə həyatı qurub.