Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedev, Moskva şəhərinin meri Sergey Sobyanin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər.
Unikal.org xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib.
Tədbirdə ermənilər yenə də təxribata əl atıblar. Ermənilər rəsmilərin izlədiyi konsert proqramında qədim türk aləti olan balabanın müşayiəti ilə “Berd” rəqsini oynayıblar.
REKLAM
Qeyd edək ki, “Berd” qədim Azərbaycan rəqsi “Yallı”nın oğurlanmış elenmentləri əsasında hazırlanıb.
Bayram tədbirini 1,7 milyon şəhər sakini izləyib.
BAKU.WS