20 yaşlı Miyako Aiko-Murray adlı gənc qız tətil üçün getdiyi Maltada dəhşət yaşayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, gənc qız gözündəki linzalarla dənizə girib. Elə hadisə də bundan sonra baş verib.
Belə ki, dənizə linza ilə girən qadının üzünə böyük dalğa çırpılıb. Bu zaman dəniz suyu onun gözünə dəyib. Bir neçə dəqiqə sonra gözləri qızaran Murrayın başı ağrımaya başlayıb. Gözündəki ağrılar vaxt keçdikcə artan Murray təcili xəstəxanaya aparılıb.
Doktor gənc qadına "bakterial keratit" (buynuz qişanın kəskin iltihabı) diaqnozu qoyulub. Nəticədə o görmə qabiliyyətini itirib.
Həkimlər görmə qabiliyyətini itirən gənc qadının müalicəsinin illərlə davam edə biləciyini deyib.