Türk müğənnisi Aylin Coşkun qatıldığı canlı yayında toyunda üstünə taxılan qızıllardan bəhs edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 illik sevgilisi ilə evlənən ifaçı qolları və boynuna taxılan qızılların ağırlığından boynunda problem yarandığını deyib.
"Emirkan iki böyük qızıl taxdı, Hande Yener brilyant üzük hədiyyə etdi. Atam toy hədiyyəsi olaraq torpaq sahəsi və mağaza aldı. Bütün qızıllar bir-birinə qarışmışdı. Çıxaranda biləyim qanadı. Boynumda problem oldu, məcbur qırıb atdım. Toyumda taxılan qızıllarla 5 milyonluq villa satın ala bilərəm" deyə, o bildirib.