Bu gün səhər Bakı-Zığ yolunda qəza baş verib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, qəza nəticəsində "Mercedes Panorama" markalı avtomobil alışıb yanıb.

Hadisə şahidlərinin Milli.Az-a bildirdiklərinə görə, hadisə iyunun 27-də, səhər saat 8:10 radələrində baş verib. Yanan avtomobilin alovunun tüstüsünü bir neçə yüz metr uzaqdan da görmək mümkün olurmuş.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Unikal.org hadisənin video kadrlarını təqdim edir.