İTV ARB TV-nin aparıcısının qonaq dəvət etdiyi verilişdə həmin kanalı üstüörtülü tənqid edib.
Unikal.org xəbər verir ki, "Sayqa ilə" verilişində müğənni Afaq Aslana evlilik təklifi edən gənc bu dəfə “3D” verilişinin xanım aparıcısına evlilik təklif edib. Belə ki, “Lüba” xarakteri ilə efira çıxan xanımın qarşısında diz çökən gənc evlənmək istədiyini bildirib.
Gənc Afaq Aslana dediyi sözləri həmin xanıma təkrarlayıb və yenə rədd cavabı alıb.
Rədd cavabı alan gəncin bu dəfə də ürəyi gedib. Verilişin qonağı olan ARB kanalının əməkdaşı Anar Nəcəfli efirdən çıxdıqda isə həmin gənci yerdə uzanan vəziyyətdə görüb.
Sonradan bunun şou olduğuna işarə edilib və gənc ayağa qalxaraq qonararını istəyib. Aparıcı xanım isə ona "Get, buxaltırdan pulunu al" deyib.
Verilişin robot aparıcısı Dadaş Dadaş oğlu Dadaşlinski isə sonda həmin gəncin etdiklərini özünəxas üslübda tənqid edib:
“Bir məsafəni ya uzun yolla, ya da qısa yolla qət etmək olar. Necə gediriksə gedək, əsas odur pis yola düşməyək”.