ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı şairə Nazilə Səfərli olub.

Unikal.org xəbər verir ki, şairə yaşadığı yerin adını özünə təxəllüs kimi seçənlərə iradını bildirib:

“Mən Səfərli təxəllüsünü götürəndə məndən soruşurdular ki, Səfərli haradır? Deyirdim ki, mən o kəntdə dünyaya gəlmişəm. İndi mən baxıram ki, aşıq var öz elinin adı ilə tanınır. Amma o adı götürmək üçün həmin kəndə daş qoyan oğlanlardan icazə almalısan.

Sənin hünərin çatacaq həmin adı daşımağa? O, adı bəddam edəcəksən, ya ucaldacaqsan? Eşitdim ki, bölgə adını daşıyan bir xanım aşığı hamamda saç çalmağa dəvət ediblər”.