Türkiyə kəşfiyyatı Misirdə Sisi hakimiyyətinin PKK ilə yaxın əlaqələrə malik olduğuna dair faktları ortaya çıxarıb.

Unikal.org publika.az-a istinadən bildirir ki, kəşfiyyat orqanlarının bununla bağlı hazırladığı hesabatda deyilir: "Misir ilə PKK arasında ilk təmas İraq Mərkəzi Hökumətinin vasitəçiliyi ilə başladı. Ötən ilin dekabr ayının ortalarında PKK-nın 6 nəfərlik heyəti Bağdaddakı Misir səfirliyindən aldığı viza ilə Qahirəyə getdi. Dekabr ayında gerçəkləşən ilk təmasda qısa zaman sonra yenidən Qahirəyə gəlmək haqda qərar verildi. 2016-cı ilin yanvarında PKK heyəti Qahirəyə gələrək Misir Kəşfiyyat Xidmətinin bəzi yüksək vəzifəli şəxsləri ilə görüşdü. Misir ilk dəfə bu görüşdə PKK-ya dəstək ola biləcəyi mesajını verdi. Bu görüşdən sonra Misir PKK-ya müəyyən miqdar silah və pul da verdi".
 
Hesabatda Misirə gedən PKK-çıların adı da açıqlanır.
 
Demgat Agit kod adlı Seyithan Ayaz, Aldar kod adlı Velid Halil. Heyət ümumilikdə 7 nəfər olub. Digərlərinin adları açıqlanmayıb. Yalnın birinin kod adının Azad olduğu ortaya çıxıb.
 
Hesabatda PYD-nin (PKK-nın Suriya qolu) Qahirədə təmsilçilik açmasına yaşıl işıq yandırıldığı deyilir.      
"Son görüşdə Sisi hakimiyyəti PKK-dan Türkiyədə Misirli İhvan (Müsəlman Qardaşları) təşkilatı haqda məlumat toplamasını, lazım olanda təşkilat üzvlərini aradan götürməsini istəyib. Əvəzində PYD-nin Qahirədə nümayəndəliyi açılır, həmçinin Misir terror təşkilatına pul və silah yardımı edir", - deyə kəşfiyyat hesabatında diqqətə çatdırılır.