Müğənni var ki, yaxşı oxuyur, amma hökmü yoxdur. Xatirədə o var.
Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Tarxi Əliyev (Tolik) "Hər şey daxil"in efirində qonağı Xatirə İslam barədə danışarkən deyib.
Tolik söhbətinin davamında Xatirə ilə bağlı heç kəsin bilmədiyi bir faktı da açıqlayıb:
"Xatirənin mən bilirsən necə üzünü görmüşəm. Avtobusun qabağını kəsib, bir nəfərə deyib "Düş aşağı". O da şou-biznes adamı idi. Bir realiti-şouda bunun dalınca danışmışdı. Mənə dedilər ki, gecə evə gedəndə Xatirə gəlib avtobusun qabağını kəsib, pəncərədən deyib "Gəl bura, ədə".
Xatirə İslam Tolikin onunla bağlı danışdığı hadisəyə "Mənim dava edən vaxtlarım olub (gülür). İndi dava etmirəm artıq. O vaxt birtəhər idim. Hər şeyə qızışırdım, hər şeyə görə dalaşırdım" ifadələri ilə reaksiya verib.