ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.
 
Unikal.org bildirir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, həmin gün o, rəsmi görüşlər keçirəcək.
 
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.
 
Bundan əvvəl isə o, Ermənistanda səfərdə olacaq. Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.