Türkiyəli aktrisa və müğənni Hülya Avşar səhər gəzintisi zamanı görüntülənib.
Unikal.org xəbər verir ki, daha sonra bacısı Helin Avşarla görüşən aktrisa qarşısında obyektivləri görüncə, təəccübünü gizlədə bilməyib. 350 gəncin işlə təmin olunması ilə bağlı suala "O mövzuları danışmaq istəmirəm" deyə, cavab verib.
Müxbirlər müğənninin keçmiş əri Kaya Çilingiroğlunun sevgilisindən ayrılmasını xatırladıb. Bununla bağlı suala isə özünəməxsus zarafatla "O işi də bitirdim. Növbədə olan gəlsin. Münasibətlər çox tez bitir, ona görə sevgilim yoxdur" deyə, bildirib.