Rəqqasə Oksana Rəsulova əməliyyat etdirəcək.
Unikal.org xəbər verir ki, bu haqda sənətçi "ATV maqazin onlarla"da deyib. O bildirib ki, dizində problem var:
"Dizimdə yırtıq yaranıb, müalicə edilməlidir. Hətta həkim əməliyyat tapşırıb. Əməliyyatdan qaçıram, müalicə ilə aradan qaldırmağa çalışıram. Amma alınmır. Oturub-duranda əziyyət verir. Deyirlər, əməliyyatdan sonra fəsadı ola bilər. Ona görə də çəkinirəm".