Tennisə marağı ilə diqqət çəkən Hülya Avşar daha bir turnirin bağlanış mərasimində kameraların qarşısına keçib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  aktrisa, müğənni Hülya Avşar20 ildir təşkil olunan  "Hülya Kuboku" Turnirinin bağlanış mərasimində şou xarakterli matça çıxıb. O dərin yarıqlı və bəbir naxışlı ətəyi ilə diqqət çəkib. 

Hətta Performansıyla ovsunlayan 55 yaşlı aktrisaya  maraq böyük olub.  Bu səbəbdən onun şou xarakterli təşkil olunmuş matçına xüsusi diqqət göstərildiyi üçün oyunun turu uzadılıb. 

Hülya Avşar, matçı izləməyə gələn tennisçi uşaqların tennis toplarını da imzalayıb. 

Tennis turnirindən əldə edilən gəlirlə bacarıqlı və maddi vəziyyəti qeyri-kafi olan 30 litsey və universitet tələbəsinə "burs" (təhsil təqaüdü) verilir.