İlahə Fəda “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən bacısı, müğənni Fədayə Laçının azadlığa çıxacağı barədə xəbərə münasibət bildirib.
Unikal xəbər verir ki, o, Fədayə Laçının azadlığa qovuşması üçün aparılan kampaniya iştirakçılarına təşəkkürünü bildirib:
“Apelyasiya məhkəməsində bacıma kəsilən işdən hakim 3 il götürdü. İnşallah, bir neçə həftə sonra bacım azadlıqda olacaq. Çox sevincliyik. Bu sevinci bizə yaşadan cənab Prezident İlham Əliyeva, birinci xanım Mehriban Əliyevaya, bu kampaniyanı başladan Mirşahin Ağayevə təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, bacımı sevən, xəbərə sevinən insanlar, gözünüz aydın olsun”.