Prodüser Tarix Əliyev (Tolik) üstüörtülü aparıcı Nanə Ağamalıyeva söz atıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, buna zəmin yaradan isə bugün “Şou ATV” verilişinin yeni mövsümünə start verməsidir. Belə ki, N.Ağamalıyeva ikinci mövsümdə proqramın studiyasının dəyişdirib. Onun verilişinin yeni dekoru “5/5” yəni, keçmiş “Nəsib olsa” verilişinin studiyası ilə oxşarlıq təşkil edib. Bu isə Toliki özündən çıxarıb.

O, sosial media hesabında paylaşım edərək, Nanə haqda sərt ifadələr işlədib:

“Deyirəm ki, atalar düz deyib: Təkrar biliyin anasıdır. Zaur, ikinci mərtəbədən düşmək olar, gəlib sənə rəqib olmağa cürət istəyirəm. Eşitdim ki, kimsə məni rəqib görmür, amma reytinqlərdə bunu deməyə cürət etmir. Çünki onu deyən özü ortalıqda qalmışdı. ATV ona sahib çıxdı, gəlib özünü müdirlər sırasında saldı.

P.S: Gedim liposaksiya etdirim, bəlkə, bəxtim açılar”.