Türkiyəli sənətçi bÜlent Ersoy uzun müddət aradan sonra kinoteatra gedib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin divası "Annem" filminə baxarkən göz yaşlarını saxlaya bilməyib.
"Analığı dərk etmək üçün, o hissi yaşamaq lazımdır. Mən ana olmadığım halda belə onu hiss etdim. Övlad nə də etsə, ananın ona sahib çıxması məni çox duyğulandırdı" deyə, o bildirib.
Ağlamaqdan sənətçinin süni kirpikləri düşüb.