İzmirin Qaziemir mahalındakı körpələr evində işləyən müəllimlərə cinayət işi açılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 müəllim uşaqlara şiddət tətbiq edir və qeyri-etik davranır. Uşaqlar bu barədə analarına xəbər verib. Daha sonra valideynlər şikayətlə körpələr evinin müdiri ilə danışıblar.
Bağça müdiri ilə birlikdə təhlükəsizlik kameralarını izləyən valideynlər gördükləri qarşısında şoka düşüblər. G.K. və S.A. adlı müəllimlər uşaqlar fiziki şiddətə məruz qoyduqlarını görüblər.
Valideynlərin şikayəti ilə bölgə Təhsil Müdirliyi tərəfindən araşdırma aparılıb və müəllimlər cinayətə istintaqa cəlb olunub.