Livanın baş naziri Saad Haririnin 2013-cü ildə 20 yaşlı bikini modeli Kandika Van Der Mervenin hesabına 16 milyon dollar yatırdığı məlum olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, vəziyyət vergi müfəttişlərinin gənc qadının hesabında olan məbləğin izinə düşməsi ilə gün üzünə çıxıb. 2005-ci ildə atası Refik Haririnin öldürülməsi ilə yüz milyonlarla dollara sahib olan baş nazir Seyşel adalarına köçüb. Merve ilə də burada tanış olub. Bikini modelinin "Səni Sevirəm Saad" yazaraq ondan ev ala bilməlk üçün pul istədiyi məlum olub. Araşdırmalara görə, 43 yaşlı evli və 3 uşaq atası olan Hariri bunu şəxsi hesabından qarşılayıb.