Xalq artisti Flora Kərimova qızının ona tutduğu iradlardan bəhs edib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, müğənni "Üç əlli" proqramında Zümrüdün onu duet ortağına qısqandığını söyləyib:
"Qızım deyir ki, ana, Aydınla çıxış edəndə 3 addım kənarda dur. Duet oxuyanda çox yaxın durursan, adam utanır. Bu millət sənə bağışladığını heç kimə bağışlamır.
Dedim, mənim elə yaşım var ki, utanmaqdan keçib. Ona görə də, qızışmışam, əcəb etmişəm".