Kocaeli əyalətinin Karamürsel mahalında 18 yaşlı E.C sevgilisi 16 yaşlı R.G. adlı qıza narkotik vasitə qəbul etdirərək təcavüzə məruz qoyub. Bu barədə gənc qız polisə məlumat verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, R.G. sevgilisinin ona spirtli içki və narkotik verdiyini, 3 ay ərzində məcburi şəkildə başqa şəxslərlə pul qarşılığında birlikdə olmağa məcbur etdiyini söyləyib.
Polis, istintaq zamanı R.G- yə cinsi təcavüz etməkdə ittiham olunan 14 nəfərin kimliyini təsbit edib. Araşdırma zamanın E.C-nin "azyaşlıya cinsi istismar" günahından axtarışda olduğu məlum olub. Hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Onlardan biri polis bölməsindəki ifadəsindən sonra sərbəst buraxılıb. 7 nəfər isə məhkəməyə sövq edilib.
Hadisəni eşidən yüzlərlə şəxs məhkəmənin qarşısına toplaşaraq onları linçə hazırlaşıb. Polis bununla da bağlı önləm alıb.