Bu gün Ermənistanın Şirak bölgəsində 3-4 bal gücündə zəlzələ baş verib.
Unikal.org erməni KİV-nə istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 4-də saat 07: 05-də Ermənistan FHN-in ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Aşotsk kəndindən (Şirak rayonu) 2 km şimal-şərqdə 2,8 bal gücündə zəlzələ qeydə alıb.
Episentrdə zəlzələnin gücü 3-4 bal olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Aşotsk kəndində 3 bal gücündə hiss olunub.