Xalq artisti Ofelya Sənani infarkt keçirib.
Unikal.org-un məlumatına görə, xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, O.Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.
Hazırda reanimasiya şöbəsində müalicə alan xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.