Müğənni Kərim Abbasov onu aşıq Namiq Fərhadoğlunun əli ilə "Maşın"dan uzaqlaşdıran Nazim Pişiyarini hədələyib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, müğənni həm Nazimdən, həm də meyxanaçı Aqşin Fatehdən intiqam alacağını bildirib.
Kərim bunun üçün 5 min manatından keçəcəyini də gizlətməyib:
"Kişi dediyin insan bir-birini satmaz. Aqşin gördü ki, insanlar və media onu yıxıb sürüyür, Nazimin sirrini açdı. Özünü bomba oğlan kimi çıxarmaq istədi. Amma tam əksinə oldu. İnsan nəfsinə satıldı. Aqşinin real sifəti onsuz da budur. Aqşin və Nazim, sizə söz verirəm ki, səsverməyə çıxsanız uduzacaqsınız. 5 minimdən keçəcəm, amma sizə imkan verməyəcəm. Nazim, ömürboyu ucuz olmusan. Turan İbrahimov sənə o vaxt "Maşın"da bir kəlmə işlətmişdi. Sən doğrudanda eləsən".
Qeyd edək ki, Nazimlə Kərim 12 ildir küsülüdür. "Maşın" şou zamanı Nazim Kərimdən intiqam alıb, onu oyundan uzaqlaşdırıb.