“Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin növbəti gecəsinə start verilib.
Unikal.org
 xəbər verir ki, şouda  12 iştirakçı maşın uğrunda mübarizəyə başlayıb.
İştirakçılar ikinci dəfə aktrisa Fatma Mahmudovanı SMS səsverməsinə çıxarıblar.
Fatma Mahmudova hədəfini açıqlamasa da, özünün  də şounu  tərk etməyəcəyini bildirib.
Nəticədə F. Mahmudova  72,09 faiz səs toplayıb. Bu an isə qərarı gözləmədən müğənni Ayan Babakişiyeva əlini maşından çəkərək oyunu tərk edib. F. Mahmudova  şoudan heç kimi çıxarmayıb.

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirirlər.