Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində səsləndirdiyi “Bəzən deyirlər, neft sənindir, mənimdir, neft dövlətindir”, – sözləri ətrafında müzakirələr səngimək bilmir. Bu fikirlərinə görə, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə sərt tənqid olunan şoumen bu dəfə tanınmış teleaparıcı Turan İbrahimovun hədəfinə tuş gəlib.
Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, teleaparıcı xalq artistinin bu fikirlərinin kökündən yanlış olduğunu deyərək, məsələyə münasibətini bildirib.
Qeyd edək ki, hər həftənin çərşənbə günü Yenicag.az-ın Ramilə Bunyatovanın təqdimatında yayımlanacaq “Görünməyən tərəf” adlı layihəsində ilk qonaq tanınmış teleaparıcı Turan Ibrahimov olub. O, müsahibə zamanı bu məsələyə də münasibət bildirib.