Müğənni Günel Məhərrəmova Naxçıvan səfəri zamanı qaldığı oteldə çəkilmiş videosu ilə diqqət mərkəzinə düşüb.
Unikal.org Milli.Az-a istinadla xəbər verir ki, boşanmaq istədiyi həyat yoldaşından uzun müddətdir ayrı yaşayan müğənni bu kadrları sosial şəbəkə hesabından paylaşıb.
Videoda Günelin "Kabloklar əlimdə, ayaqyalın gedirəm. Yorulmuşuq. Gəlmişik otelə bir az dincələk, sonra axşam yeməyinə gedək" ifadələrini işlədib.
Xatırladaq ki, müğənni müsahibələrinin birində Kiyevdə biznesi olan ərindən ayrılmaq istədiyini qeyd etmişdi. Cütlüyün bir oğlu var.